“Qarabağda demək olar ki, erməni qalmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu separatçı Artak Beqlaryan deyib.
“Ən son məlumatıma görə, Qarabağ sakinlərinin (erməni) son qrupları hazırda Ermənistana yola düşür. Qarabağda bir neçə yüz adam qalıb”, - separatçı bildirib.
Beqlaryanın sözlərinə görə, qalanların əksəriyyəti separatçı qurumun üzvləridir ki, onlar da xüsusi tələblərlə qalırlar.
“Onlar da gedəcəklər”, - separatçı əlavə edib.