Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşaya avtomobili özü sürərək gedib.
Teleqraf.com xəbər verir ki, türkiyəli nazir Şuşaya getmək üçün Füzuli hava limanına gəldikdən sonra avtomobilin sükanı arxasına keçib. Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.
Qeyd edək ki, Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.