11 Oktyabr 2023 12:04
4 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş separatçı Samvel Şahramanyanın “qərar”ına əsasən, qondarma rejim yanvarın 1-dək fəaliyyət göstərməli idi, “qurumun əməkdaşları” bir neçə ay maaş alacaqdı. Amma dünən məlum oldu ki, heç də hamı sentyabrın maaşını almayıb, bəlkə də almayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Bəzi məlumatlara görə, Şahramanyanın İrəvanda müşavirə keçirməsi və digər məsələlərlə yanaşı, Ermənistan hakimiyyətinə yönəlik siyasi açıqlama verməsi, eləcə də “mübarizə”nin davam etdirilməsindən danışması Ermənistan rəhbərliyini qəzəbləndirib. Paşinyan maaşlarından məhrum etməklə onlardan (separatçılardan) qisas almaq qərarına gəlib”, - məlumatda deyilir.

“Hraparak” qeyd edir ki, artıq separatçı rejimin İrəvana qaçan üzvlərinə qarşı təzyiqlər başlayıb:

“Hədələdilər ki, təkzib edilməyənə qədər sentyabrın maaşları köçürülməyəcək. Bundan sonra Şahramanyanın sözçüsü Tiqran Petrosyan belə bir məsləhətləşmənin olmadığını dedi. Onun sözlərinə görə, Şahramanyan İrəvanda keçirilən məsləhətləşmə zamanı siyasi açıqlama verməyib”.

Nəşr özünü buraxmış qondarma rejimin İrəvandakı “nümayəndliyinin” bağlanması barədə qərar verildiyini də vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər