17 Oktyabr 2023 13:32
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Növbəti mərhələdə Xankəndi və yaxın ərazilərdə ekshumasiya işlərinin aparılması planlaşdırılır".

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Güney Eskiköy qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O, ekshumasiya işlərinin bitməsi üçün Azərbaycana təxminən 10 il vaxt lazım olduğunu bildirib: "İnsan skeletinin bütöv şəkildə çıxarılması laborator işlərin aparılmasına müsbət təsir edir. Heç bir DNT analizi 100 faiz nəticə verə bilməz. Əgər skelet bütöv halda çıxarılsa, iki nümunə əsasında nəticə əldə edilə bilər. Sümüklər dağınıq olduğu halda laborator araşdırmalar uzun zaman ala bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər