Separatçıların “operativ qərargah”ı da fəaliyyətini dayandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ləğv edilmiş qondarma qurumun “məlumat mərkəzi” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Qarabağdan gələn ermənilərin bütün sosial problemlərinin həlli işi ilə Ermənistan hökumətinin Humanitar Mərkəzi məşğul olacaq.
“Bunları əsas götürərək, İrəvandə fəaliyyət göstərən “operativ qərargah” öz işini dayandıracaq”, - açıqlamada deyilir.