12 Dekabr 2023 21:42
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində deyilir.

"Azərbaycan tərəfini iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - Rusiya MN-nin məlumatında qeyd edilib.

Qeyd edək ki, dünən Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.


Müəllif: Teleqraf.com