Türkiyə Rusiya sülhməramlılarının Qarabağda qalmalarını istəmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.
“2025-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasının beş ili tamam olacaq, bundan sonra sülhməramlılar Qarabağı tərk etməli və ya qalma müddəti uzadılmalıdır. Bunun üçün bir səbəb və ya səbəb olmalıdır. Əgər orada erməni yoxdursa, niyə müddət uzadılmalıdır? Üstəlik, Türkiyə bunun tərəfdarı deyil, Azərbaycan da Türkiyə ilə eyni mövqedədir. Türkiyə məsələ qaldıracaq ki, Rusiya tərəfi çıxmalıdır”, - ekspert bildirib.
Badalyanın fikrincə, İrəvan da öz növbəsində Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarını çıxarmağa çalışacaq:
“Rusiyanın Ermənistanda qalıb-qalmayacağı onun siyasətindən asılı olacaq. Eyni zamanda, Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində Rusiyanın heç bir rolunun olmaması üçün hər şeyi edir”.