Rəsmi Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var.
Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
Təşkilatın rəhbəri Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılmasını belə şərh edib:
“Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğuna gəlincə, bura təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik olan Azərbaycan Respublikasının ərazisidir. Bu məsələnin birtərəfli qaydada həll oluna bilməyəcəyi də göz önündədir. Hesab edirəm ki, regionda sabitlik daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”.