3 İyun 2017 17:58
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Banu” kolleksiyasının yaradıcısı, İtaliyanın “Andrew’s Ties” (“Endryunun qalstukları”) ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov özünün növbəti layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, "Xan Qızı" təxəllüsü ilə tanınmış şairə Xurşidbanu Natəvana həsr olunan xüsusi kəlağayı İtaliyada istehsal olunub.

Kəlağayının müəllifi Yavər Məmmədov əməkdaşımıza bildirib ki, "Banu" kolleksiyasından olan bu yaylıq Qarabağla bağlı 8 önəmli tarixi hadisəni təmsil edən illüstrasiyalardan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan ibarətdir.

Yaylığın nəfis tərtibatlı qutusu və üzərindəki elementlərin izahının verildiyi kitabçası var.

Yaylığın 4 küncündə 4 medalyonun hərəsinin öz anlamı ilə fərqlənir.

Bir küncdə gözə çarpan tar, kaman və qaval Qarabağın Azərbaycanın muğam beşiyi olduğunu bildirir. Digər küncdə "Xarı-bülbül" gülü Şuşanın və bütövlükdə Qarabağın rəmzi sayılır.

Üçüncü küncdəki qılınc və qalxan Qarabağ uğrunda döyüşən igidlərimizi simvolizə edir.

Dördüncü küncdəki atlar Qarabağ atlarına işarədir.

Qeyd edək ki, Yavər Məmmədov "Qarabağ", "Xarı bülbül", "Qarabağ xalçası", "Qarabağ kilimi", "Qobustan", "Azərbaycan Narı" kimi milli ornamentləri özündə birləşdirən qalstukların və yaylıqların yaradıcısı kimi də tanınır.


Müəllif: Könül Əlibəyli