19 İyul 2017 16:54
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı mövsümə yekun vurub.

Teatrdan Teleqraf.com-a verilən xəbərə görə, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev və xalq artisti Qabil Quliyev çıxış edərək, yaradıcı kollektivin mövsüm ərzində qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar.

Rəsmi hissədən sonra əməkdar artist Adil Zeynalovun quruluş verdiyi “Ay lolo və ya moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olunub.

Rolları əməkdar artistlər Şücəddin Mirzəyev, Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.


Müəllif: Könül