7 Mart 2020 19:50
3 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, tamaşadan əvvəl aktrisanın həyat yolu və fəaliyyəti haqqında məlumat verilib, onun yaratdığı obrazlar qalereyasından söhbət açılıb.

Bildirilib ki, 1945-ci il martın 7-də Bakıda anadan olan Xuraman Hacıyeva, 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” bədii filmində Asya rolu ilə şöhrət qazanıb. Aktrisa 1972-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında çalışıb. Xuraman Hacıyeva teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. O, teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2005-ci il fevralın 15-də Bakıda vəfat edib.

Sonra səhnə əsəri nümayiş edilib.

Xalq artisti Cənnət Səlimovanın quruluşunda izlənən tamaşada əsas obrazları Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqaları canlandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər