3 Aprel 2022 23:42
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkiyəli aktrisa Farah Zeynəb Abdullah “Bergen” filmindən 40 milyon lirə qazanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, martın 4-dən kinoteatrlarda nümayiş olunmağa başlayan film 4 milyon 868 min 250 tamaşaçı tərəfindən izlənilib. Film 142 milyon 836 min 200 lirə hasilat əldə edib.

Qeyd edək ki, türkiyəli müğənni Bergenin həyatından bəhs edən filmin rejissoru Mehmet Binay və Caner Alperdir. Filmdə baş rolları Farah Zeyneb Abdullah, Erdal Beşikçioğlu canlandırıb.

Farah Zeynəb Abdullah eyni zamanda filmin prodüserlərindən biridir.

"Bergen" filmi hazırda Azərbaycan kinoteatrlarında da nümayiş olunur.


Müəllif: Nərmin