6 Sentyabr 2016 22:10
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yük maşınının sürücüsü özünə qeyri-adi toy edib.

İmişli sakini Ülvi Əliyev toyunda gəlini gətirmək üçün qız evinə "KAMAZ"la gedib. Sürücüyə həmkarları da dəstək verib, beləcə qız evinin qarşısı TIR-parkına çevrilib.

Teleqraf.com xezerxeber.com-a istinadən bildirir ki, bəzədilmiş yük maşınları rayon mərkəzindən 10 kilometr məsafədə yerləşən Göbəktala kəndinə gəlib. Amma biraz sonra əyləncə həddini aşıb, sürücülərin bir çoxu qaydaları kobud şəkildə pozub.

Əks yola çıxan yük avtomobilləri qarşıdan gələn nəqliyyat vasitələrinə mane olub.

Bu da göstərir ki, toy karvanları ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sürüclər buna məhəl qoymur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu təkcə nəqliyyat vasitələri üçün yox, piyadalara da böyük təhlükədir.


Müəllif: