Gələn ildən xüsisi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq. Teleqraf.com xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək: “Belə ki, onlar bu zaman 3 fəndən imtahan verəcəklər”.
Komissiya sədri həmçinin bildirib ki, bu il ali məktəblərə sənəd verənlər arasında orta məktəblərdə imtahanda “2” alanların sayı hələ tam bəlli deyil.
Bu il jurnalistika üzrə keçid balının 351-369 olduğunu deyən Komissiya sədri bildirib ki, bu nəticənin olacağını proqnozlaşdırırdıq: “Bu qaydalar təkmilləşdiriləcək və biz bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq”.
Məleykə Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin yalnız 150-si imtahana gəldi. Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər: “Çünki onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi sayıla bilməzdi”.
Sevil