Türkiyənin Afyonkarahisar vilayətinin Sandıqlı qəsəbəsində dostları ilə ova gedən gənc ehtiyatsızlıqdan özünü vurub və dünyasını dəyişib. 24 yaşlı Əli Özər öz tüfəngindən açılan atəş nəticəsində ölüb.
Dostlarının verdiyi məlumatdan sonra jandarma və həkim briqadaları hadisə yerinə cəlb olunublar. Gəncin cəsədi ekspertizaya göndərilib, faktla bağlı istintaqa başlanılıb.
Əli Özərin ölümündən 15 dəqiqə əvvəl dostları ilə foto çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı bildirilir.(musavat.com)