Azərbaycanda internetin inkişafına xüsusi diqqət yetirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar bunu bir daha təsdiq edir.
Bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, ölkəmizdə internetin qiyməti Avrasiya məkanında olan orta qiymətlərdən aşağıdır: "İnternetdən istifadənin reytinqinə görə isə Beynəlxalq Telekommunikasiya İttifaqının cədvəlində 38-ci yerdəyik. Bu, yüksək göstəricidir".
Teleqraf.com-un məlumatına görə, Ə.Abbasov internet tariflərinin ucuzlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər görüldüyünü diqqətə çatdırıb. ki, ölkədə internetin istifadə sıxlığı 73 faiz təşkil edib. Genişzolaqlı istifadəçilərin sıxlığı isə 55 faizi ötüb.
Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan internetin istifadə sıxlığına görə, yenə də MDB ölkələri arasında birincidir.