13 Aprel 2017 21:24
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“World Car of the Year” müsabiqəsinin nəticələrinə görə, bu ilin ən yaxşı maşını “Jaguar F-Pace” seçilib.

Publika.az-ın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilir. II yerə “Volkswagen Tiguan”, III yerə isə “Audi Q5” layiq görülüb. Onluğa həmçinin, “Audi A5 / S5 Coupé”, “Audi Q2”, “Fiat/Abarth 124 Spyder”, “Honda Civic”, “Mazda CX-9” və “Skoda Kodiaq” daxil olub.

Xatırladaq ki, ötən il I yeri “Mazda MX-5” tutmuşdu. Bu maşın həm də “World Car Design”-nın seçiminə görə, ən yaxşı dizayn edilmiş avtomobil müəyyən olunmuşdu.

“World Car of the Year” müsabiqəsi 2004-cü ildən etibarən hər il keçirilir. Qalibləri dünyanın müxtəlif ölkələrindən 73 avtomobil mütəxəssisindən ibarət münsif heyəti seçir.


Müəllif:

Oxşar xəbərlər