15 Aprel 2017 08:35
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" şirkəti 2 may tarixində yeni aparat və proqram məhsullarını təqdim edəcək.

Gözləntilərə görə, "Windows 10" əməliyyat sisteminin "bulud" versiyasının təqdimatı əsas yenilik olacaq. Dəvətdə #MicrosoftEDU" heşteqinin olması faktı da bunu sübut edir. Beləliklə, "Microsoft" təhsil seqmenti üçün "Windows 10 Cloud" (ucuz kompüterlər üçün "Windows 10" sisteminin yüngül versiyası) sistemini təqdim edəcək.

Teleqraf.com "ICTnews"a istinadən yazır ki, indiki halda yalnız o məlumdur ki, "Windows 10 Cloud" sistemi standart "Win32" proqramlarını dəstəkləyəcək. Amma bu proqramları yalnız "Windows Store" mağazasından yükləmək mümkün olacaq. Sistem digər xüsusiyyətlərinə görə "Windows 10"-un adi versiyasına maksimum oxşar olacaq.


Müəllif: