16 Aprel 2017 01:37
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika futbolunun ulduzu, Milli Futbol Liqası klublarının sabiq oyunçusu olan Todd Hip ehtiyatsızlıqdan üç yaşlı qızını maşınla vurub.

“Report” “Fox News”a istinadən xəbər verir ki, insident idmançının Finiks qəsəbəsində yerləşən evinin yanında baş verib.

Yük maşınının sükanı arxasında olan Hip küçə yoluna qaçan uşağı vurub.

Qız aparıldığı xəstəxanada ölüb. Polis faktla bağlı araşdırma aparır. İlkin məlumata görə, burada söhbət bədbəxt hadisədən gedir.


Müəllif: