13 Aprel 2017 15:12
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Fukusima sahilləri yaxınlığında yaşayan insanlar vaxtaşırı dəhşətli bədheybətlər gördüklərini iddia edirlər.

Publika.az xəbər verir ki, bunlar böyük miqdarda zəhərli maddənin tullantısından yaranır. Zərərli tullantılar heyvanların zahiri görünüşlərini tamamilə tanınmaz dərəcədə dəyişir.

Yaxın zamanlarda sosial şəbəkələrdə paylaşılan bədheybətlərin şəkillərini bütün dünya ölkələrindən minlərlə insan görüb. Fukusima yaxınlığında nəhəng və əcaib formalı iki metr uzunluğunda yayın balığı görülüb. Bu normal ölçülərdən iki dəfə artıqdır.

Mütəxəssislər deyir ki, ərazidə bu kimi hallar çoxluq təşkil edir. Fukusima ətraflarında yaşayan insanlar balıq tutmurlar, çünki həmin balıqlar sağlamlıq üçün təhlükəlidir. Onlar tez-tez suyun üzünə çıxan bədheybətlərin şəkillərini çəkirlər.

Məşhur yaponiyalı video-bloger Xirasaka Xiroşini 2 metrlik yayın balığı tutub. Məşhur bloger şəxsi hesabından sevdiyi balıq növünü necə yediyi və təəssuratları əks olunan görüntülər paylaşıb. İnternetə yüklənən görüntülər izləyicilər tərəfindən təəccüblə qarşılanır.

Qəribə olsa da, bloger bu dəhşətli görünən balığı yemək fikrində olduğunu bildirib. Hələ ki, internetdə həmin görüntülərə rast gəlinmir. Ola bilsin, yaxın zamanlarda görüntülər paylaşılsın. Heç kimin yeməyə cəsarət etmədiyi balığı yeyə biləcək qoçaqların sayı da çox deyil.

Bədheybət balıq hələ ən dəhşətlisi deyil. İnternetdə Fukisimo yaxınlığında çəkilmiş çoxayaqlı qurbağaların, qəribə görünüşlü nəhəng kəpənəklərin və bir sıra başqa heyvanların qəribə şəkillərinə də rast gəlmək mümkündür.

Mütəxəssislər bildiriblər ki, ərazidə zəhərli tullantılar qorxunc nəticələr verməkdə davam edir. Suya atılan tullantılar heyvanların, balıqların mutasiyasına gətirib çıxarır.

Belə davam edərsə, Fukisima mutantlar şəhəri olacaq.


Müəllif:

Oxşar xəbərlər