Türkiyənin Muğla vilayətinin Fethiye qəsəbəsində polis əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən hamam və masaj salonlarında əməliyyat keçirib.
Teleqraf.com "Hurriyet"e istinadən xəbər verir ki, əməliyyat zamanı həmin məkanlardan yüzlərlə prezervativ, cinsi gücü artıran həb, hamiləliyi əngəlləyən iynə və seks oyuncaqları aşkarlanıb.
15 məkanda keçirilən əməliyyatlar nəticəsində 34 nəfər saxlanılıb, 8 məkana giriş qadağan olunub.