16 Aprel 2017 08:51
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale mahalında silahlı hücuma məruz qalan tərəvəz satan kişi özünü pomidorla güllələrdən qoruyub.

Teleqraf.com-un məlumatına görə, həyat yoldaşından boşandığı üçün yeznəsinin qəzəbinə tuş gələn Mehmet Tosun tərəvəz dükanında qəfildən tüfəngli hücumla üzləşib. Əvvəlcə tərəflər mübahisə etməyə başlayıb, sonra Tosunun Mamud P. adlı yeznəsi tüfəngi işə salıb. Mehmet Tosun özünü pomidorlarla güllərdən qorumağa çalışıb. Hadisə yerinə dərhal polis gəlib. Münaqişə zamanı xəsarətalan olmayıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər