Sinqapurda idarə və müəssisələri qorumaq üçün robot-mühafizəçilərdən istifadə olunur.
Teleqraf.com “Hightech.fm”ə istinadən xəbər verir ki, "Ademco Security Group" şirkətinin istehsal etdiyi 4 təkərli robotlar 7 videokamera ilə təchiz olunub.
Boyu 1,6 metr, çəkisi 160 kq olan S5 robotları 24 saat işləyə bilir. Düzdür, robotlar oğrulara müqavimət göstərə bilmir, amma onları qarabaqara izləmək imkanındadır.
Robotların aylıq icarə haqqı 7,5 min dollardır.