13 Aprel 2017 08:18
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Selfridges" mağazası üçün həddən artıq arıq modelin təsviri ilə çəkilən reklam fotosu bir sıra etirazlara səbəb olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, etirazlara baxmayaraq reklam Böyük Britaniyanın reklam standartlaşması üzrə tənzimləyici təşkilat tərəfindən qəbul olunub.

"Selfridges" tərəfindən müştərilərə yanvar ayında göndərilən elektron reklam bukletində tamaşaçıya yarı dönmüş vəziyyətdə baxan göy rəngli paltar geyinən gənc qadın təsvir olunub.

Elektron məlumatı alan bəzi müştərilər bu arıq modelin qeyri-sağlam təsiri bağışlamasından şikayət ediblər. Onlar reklam bazarını tənzimləyən təşkilat nümayəndələrinə "Bu foto "sosial məsuliyyətsizlik" deyilmi?" sualını veriblər.

ASA reklam standartları üzrə komitə modelin normadan əhəmiyyətli dərəcədə aşağı çəkidə olan biri kimi görünmədiyi qənaətinə gəlib. Reklam biznesi sferası tərəfindən maliyyələşdirilən ASA Böyük Britaniyanın reklam təcrübəsi kodeksi normalarına nəzarət edir.

Öz növbəsində "Selfridges" nümayəndələri şəkil üçün seçilən görüntünün məqsədi xanımın daha da incə olmasını xüsusilə göstərmək olmayıb. Reklam standartları üzrə komitə bəyan edib ki, foto seçilən görüntü vasitəsilə modelin qamətini və geyim tərzini qabardır, lakin bununla yanaşı model həddən artıq arıq deyil.

"Bizim fikrimizcə, əksər insanlar, o cümlədən qadınlar və uşaqlar burada modelin bədəninə deyil ilk əvvəl paltarın formasına baxacaqlar"-deyə komitənin bəyanatında bildirlir.

Bu qərardan razı qalan "Selfridges" şirkəti yanvar ayında göndərdiyi mail-in reklam olmadığını, seçilmiş müştərilərə göndərilən dəb fotosu olduğunu qeyd edib.
Bununla yanaşı reklamda qadının "məsuliyyətsiz təsvir"inə qarşı mübarizə aparan ictimai fəallar verilən qərardan narazı qalıblar.

реклама Protein World
Ötən il Londonda bələdiyyə reklam meydanlarında qadın bədəninin təsvir olunduğu şəkillər qadağan olunub. "Son bir neçə ildə biz dəb sənayesində, o cümlədən Selfridges şirkəti tərəfindən müsbət tendensiyaları müşahidə edirik. Bu onu göstərir ki, sosial-mədəni müxtəlifliyi əks etdirən daha məsuliyyətli reklam yaratmaq istiqəmətində irəliləyiş baş verib", - deyə Gənc Xristianların Assosiasiyasının (YMCA) başçısı və Be Real şirkətinin ortağı Denise Hutton bildirib.
Hutton da modelin fotosuna ictimai münasibətin dəyişməsinin tərəfdarıdır.

"Lakin etirazalara səbəb olan bu foto bir daha göstərir ki, alıcıların əksəriyyətinin necə görünməsinə baxmayaraq üstünlük yenə də arıqlara verilir. Bir çox insanların əldə edə bilmədiyi belə qamətin ideallaşdırılması qeyri-sağlam yollarla çəkinin itirilməsinə gətirib çıxara bilər", - deyə Hutton bildirib.

Ötən il London meri Sadiq Khan meriyanın tabeliyində olan meydanlarda alt paltarı və çimərlik geyimində olan şəkillərin, həmçinin tamaşaçıları "öz bədənlərinə dair qeyri-real gözləntilərə" çağıran şəkillərin yayılmasını qadağan etmişdi.


Müəllif:

Oxşar xəbərlər