22 Yanvar 2015 16:33
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərnişin nəqliyyatında "Ayağını yığ, yerimi tutma" şüarıyla hərəkata çevrilən kampaniyanın bənzəri artıq Nyu Yorkda təşkil edilib. Əsasən, kişilərə şamil olunan bu tələb onların əyləşərkən oturacaqda daha geniş yer tutaraq, yanaşı oturmuş xanımlara narahatlıq yaratması ilə bağlıdır.

Teleqraf.com-un məlumatına görə, Nyu York metrosunda kişilərin sayğısız davranışı metropoliteni oxşar kampaniyaya başlamağa vadar edib. Kampaniyanın şüarı kimi, "Centlmenlik eyni zamanda düz oturmaqdır" ifadəsi qəbul olunub.

Həyata keçirilən kampaniya çox müsbət qarşılanıb və sadə insanlar, xalq tərəfindən güclü bir şəkildə dəstəklənib. Təşəbbüsü təkcə xanımlar deyil, kişilərin böyük əksəriyyəti də alqışlayıblar.

Nail Cəlil


Müəllif: