27 Mart 2015 09:02
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində tikinti şirkətlərindən biri inanılmaz sürətlə ərsəyə gətirdikləri bina ilə dünyanı heyrətləndirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 80 min kvadrat metr sahəsi olan Mini Sky City göydələni 3 həftədən az müddətdə təhvil verilib. Çinlilər bu göydələni tikmək üçün fabriklərdə istehsal olunan hazır bloklardan istifadə ediblər. İnşaat firması göydələnin etibarlılığına da zəmanət verir, bina zəlzələyə davamlıdır.

Qeyd edək ki, göydələnin 220 mərtəbədən ibarət olması planlaşdırılsa da, bina hava limanının yaxınlığında yerləşdiyindən, hündür tikilinin uçuşlara mane olmaması üçün mərtəbələrin sayı 57-yə endirilib. Bununla belə, rekord sürətlə tikilən göydələndə 800 mənzil, 4 minə yaxın insanı işlə təmin edəcək ofislər var.

Rüstəm


Müəllif: