Beyin xərçəngi kimi xəstəliklərə çarə tapmaq məqsədilə yüksək texnoloji üsullardan istifadə edən iki şirkət süni intellekt və laborator sınaqlardan istifadə edərək lisenziyalaşmış dərmanların yeni qarışıqlarını axtarır.
Atomwise şirkətinin layihələşdirdiyi süni intellekt alqoritmi kompüter proqramının köməyilə kimyəvi birləşmələri modelləşdirərək onların səmərəliyini müəyyən edir.
Milyonlarlarla mümkün dərman qarışığı dozaları saf-cürük edilir, onların arasından bir neçə yüz ən optimal qarışıqlar seçilir.
Bundan sonra ikinci şirkət, Noteable Labs, həmin qarışıqları xəstələrdən götürülmüş real xərçəng hüceyrələri üzərində sınaqdan keçirir.
Noteable Labs şirkəti 1 il ərzində bu üsulu lisenziyalaşdıracağına və bundan sonra daha çox sayda xəstəni müalicə edə biləcəyinə ümid edir.