ABŞ-ın "Hewlett-Packard" (HP) korporasiyası "Universal Music Group" şirkəti ilə birlikdə Avropa, Yaxın Şərq və Afrika istifadəçilərinə musiqi arxivindən onlayn pulsuz yararlanmağa imkan verəcək "HP Lounge" servisindən istifadə üçün saziş imzalamağı təklif edir.
Dinləyicilər musiqini ifaçıya, əhval-ruhiyyəsinə və janrına görə axtara biləcəklər. İstifadəçilərə musiqidən başqa artistlərlə müsahibə, video xəbərlər, foto və digər müvafiq materiallardan yararlanmaq imkanı təqdim olunacaq. Sazişin birillik qüvvədə olma müddəti başa çatdıqdan sonra servisdən gələcək istifadə 5 dollar təşkil edəcək.