4 Noyabr 2015 15:54
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində xanımına təcavüz edən qaynını öldürməkdə ittiham olunan kişinin məhkəməsi yekunlaşıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü ilin iyulun 22-də baş verib.

Polisə zəng edən 36 yaşlı Səlcuq Baydar xanımının ögey qardaşı 23 yaşlı Şahin Arıkı öldürdüyünü deyib. Qeyd edilən ünvanda gələn polis Şahin Baydarın cəsədini tapıb.

Səlcuq Baydar qaynının cibindəki pulu və motosikletini götürərək 27 yaşlı xanımı Döndü Baydar ilə hadisə yerindən qaçıb. Lakin cütlük bir müddət sonra polisə təslim olub.

Məhkəmədə ifadə verən Səlcuq Baydar cinayətdə xanınımın əlinin olmadığını deyib.

Döndü Baydar isə ifadəsində Şahin Arıkın onun ögеy qardaşı olduğunu deyib. Anadan bir, atadan ayrı olduqlarını vurğulayan Döndü qardaşının ona təcavüz etdiyini söyləyib. O, ifadəsində " Daha əvvəl də mənə dərmanlı kola içdirərək yuxuya verib təcavüz etmişdi. Hadisə baş verən gün də evə gəlib təcavüz etməyə çalışdı. Səlcüq da həmin anda evə gəldi. Şahinin başına odunla bir dəfə vurdu. Şahin hadisə yerində öldü. Biz də polisə xəbər verib qaçdıq. Daha sonra polisə təslim olduq" deyib.

Məhkəmə heyətinin son qərarına əsasən, Səlcuq Baydara 21 il 9 ay həbs cəzası verib. Həyat yoldaşı Döndü Baydar isə 11 il 5 ay 15 gün azadlıqdan məhrum edilib.

Ramal


Müəllif: