17 Noyabr 2015 12:32
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dünya müharibəsində ayrı düşdüyü sevgilisi ilə 71 il sonra yenidən görüşdü. ABŞ-da 93 yaşlı müharibə veteranı on illərdir həsrətini çəkdiyi ilk sevgilisini internetdə, skaypda tapıb.

Ötən əsrin ortalarında, ABŞ ordusunda ikinci dünya müharibəsinə yollanan və böyük britaniyada qulluq edən Norvud Tomas Coysi Morislə 1944-cü ildə Temza çayı sahilində tanış olub. Tomas, bu qızı o qədər çox sevib ki, hətta Morisin valideynləri ilə də görüşüb və onlara niyyətini izah edib. Amma hərbi qulluqçu olduğundan Vaşinqtondan gələn göstərişlə ölkəsinə qayıtmalı olan Tomas Morisdən ayrı düşüb.

Amerikalı, ikinci dünya müharibəsindən sonra Morisə evlənmə təklifi xarakterli çoxsaylı məktublar yazsa da, onlar bir-birinə qovuşa bilməyib. Başqasına ərə getsə də, Moris də amerikalı sevgilisini heç vaxt unutmayıb. Bir müddət əvvəl oğlu robertə internetdə Tomas Norvudu axtarmağı xahiş edən qadın, ömrünün ahıl çağında onu tapa bilib. Temza çayı sahilindəki romantik görüşlə yarıda kəsilən ünsiyyət, 71 il sonra skayp vasitəsilə yenidən bərpa olub.

Sən demə, Tomas da uzun illə Morisi axtarıbmış. Amma onunla eyni ad və soyadda olan başqa bir qadının təyyarə qəzasında öldüyünü eşidəndə axtarışlara son verib. Morisi yenidən tapdığına görə çox sevindiyini bildirən amerikalı, indi xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla belə, ömür vəfa etsə gənclik illərində olduğu kimi yenə Londona, Temza çayı sahilinə gələrək Coysi Morislə görüşəcəyini vəd edib./ATV


Müəllif: