Türkiyədə Ulu Cami məscidinin müəzzini Mehmet Şah Menekşenin xanımı evi xüsusi maddalərlə təmizləyərkən zəhərlənib. Bir gün reanimasiyada qaldıqdan sonra evə göndərilən 43 yaşlı Səbriyə Menekşe dünyasını dəyişib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səbriyə Menekşenin ürək tutmasından dünyasını dəyişdiyi bildirilib. Meyit Yenikənd məzarlığında torpağa basdırılıb. Növbəti gün dua etmək üçün qəbiristanlığa gələn qohumları qəbirdən səs gəlib. Qohumlar qəbirin açılmasını istəyiblər. Qəbiristanlıq rəhbərliyi isə buna icazə verməyib.
Ancaq qohumlar zorla qəbiri açıblar və meyit yoxlanıldıqdan sonra yenidən dəfn edilib.
Qəbiristanlıq rəhbəri Cevat Can bunun ilk dəfə yaşanmadığını bildirib: "Son vaxtlar səs gəldiyi deyilən 3 qəbir açmışdıq. Amma heç birində qeyri-adi nəticə olmayıb"
Rüstəm