3 Yanvar 2016 22:39
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar yeni qədəm qoyan bu ilin yanvarında səmada olacaq ən parlaq və maraqlı hadisələri açıqlayıblar.

Anspress.com xəbər verir ki, 2016-cı ildə bizi planetlərin paradı, ən güclü meteorit yağışı və tam gün tutulması gözləyir.

2016-cı ilin ilk ayında baş verməsi gözlənilən ən maraqlı hadisələri sıra ilə sizə təqdim edirik.

- 4 yanvar saat 23:00 dan yanvarın 5-i səhərə qədər Yer kürəsində "ulduz yağışı" keçəcək. Bu planetin şərq hissəsində daha yaxşı görünəcək. Bu zaman ürəyində arzu tutmaq olar.

- 9 yanvarda səhər 7-dən Moskvada yaşayan rusiyalılar Venera və Saturnun birləşməsinin şahidi ola biləcəklər. Planetlər bir parlaq nöqtədə birləşəcək.

- 17 yanvarda Yer kürəsinin yanında unikal Katalina kometası uçacaq. Onu adi binoklun köməyi ilə görmək mümkün olacaq.

- 31 yanvarda planetlərin paradı olacaq. Merkuri, Venera, Saturn, Mars və Yupiter uzun müddət vahid səthdə olacaqlar.

- 9 martda Günəşin tam tutulması olacaq və 9 mayda Merkuri günəş diski üzrə keçəcək. Bütün bu hadisələr Rusiyanın bütün ərazisində görüləcək.


Müəllif: