14 Fevral 2016 12:09
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində təşkil olunan festival olduqca maraqlı görüntülərə səhnə olub.

Yerli müğənnilərdən birinin ifası zamanı səhnədə 540 ədəd robot da yer alıb. Robotların musiqiyə uyğun rəqsi tamaşaçıları təəccübləndirib.

42 santimetr hündürlü və 1 kiloqram yarım çəkisi olan olan robotlar, festival üçün xüsusi şəkildə dizayn edilib. Onların peşəkar rəqqaslar kimi hərəkət etməsi maraqla izlənilib.

Təşkilatçıların sözlərinə görə, robotların eyni anda birgə formada hərəkət etməsi çox sadə üsulla tənzimlənib. Hər bir robotun yaddaşına xüsusi proqram yüklənilib. /ATV.az/


Müəllif: