Teleqraf.com-un məlumatına görə, platformada sərnişinlərə yüksək səslə şəhər üzrə hava həyəcanının verildiyi bildirilib.
Sərnişinlərdən biri Marina Tarabrina bildirib ki, xəbərdarlığı “Pavaletsk dairə” stansiyasında saat 11 radələrində eşidib: “Bildirdilər ki, şəhərdə hava həyəcanı elan olunub. Metroda dayanın, bütün eskalatorlar ancaq aşağıya doğru işləyir”.
Sərnişin qeyd edib ki, bu an o yuxarıya doğru hərəkət edib və 9 May – Qələbə günü ilə bağlı uğursuz aksiyadan söhbət getdiyini anlayıb.
Bununla belə, metropolitenin mətbuat katibi Andrey Krujalin hava həyəcanı barədə informasiyanı birmənalı olaraq təkzib edib: “Bu, ümumiyyətlə sayıqlamadır. Belə bir hadisə baş verməyib”.
“RİA-Novosti” isə dəqiqləşdirib ki, metroda avadanlıqlar texniki baxışdan keçirilərkən saat 11-də sözügedən rayonda texniki problem baş verib və bu, 5 dəqiqə davam edib. Nöqsan dərhal aradan qaldırılıb.
Səxavət