Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Dəniz Baykalın fikrincə, prezidentliyə iddialı şəxs barədə qərarı xalq verməlidir.
Dəniz Baykal siyasətin tabu olmadığını söyləyib: “Birlik nəticəsində kim namizəd olacaqsa, onun ətrafında birləşəcəyik. Təlimatla birlik mümkün deyil. Mən hesab edirəm ki, hər kəs namizəd ola bilər, heç bir sərhəd qoyulmamalıdır. 20-30 namizəd ortaya çıxsın, onlara vaxt verilsin, 3-5 ay ərzində ölkəni gəzərək özlərini tanıtsınlar”.