3 İyul 2017 14:40
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

1997-ci ildən fəaliyyət göstərən Minsk qrupu hələ də lazım olan nəticəni əldə edə bilməyib.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün iştirak etdiyi format özlüyündə ciddi addımdır: “Məhz bu ölkələr - ABŞ, Rusiya və Fransa böyük siyasi çəkiyə və bu sahədə illərlə qazanılmış təcrübəyə malikdir. Rusiya isə nəinki coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həmçinin bizi ortaq tarixi bağlar birləşdirir. Azərbaycan tərəfi münaqişənin həll olunması ilə bağlı qəti addımlar atmağın vaxtı çatdığını dəfələrlə vurğulayıb. Azərbaycan torpaqlarının işğalı ilə xarakterizə olunan mövcud status-kvo qəbuledilməzdir. Bu, 2009-2013-cü illər arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında da yer alıb. Hazırda real nəticələr əldə etmək məqsədilə substantiv danışıqların davam etdirilməsi şəraitini təmin etmək lazımdır. İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu vaxtdır”, - deyə P.Bülbüloğlu söyləyib.


Müəllif: Nərgiz