Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ Cümhuriyyət Xalq Partiyasının həyata keçirdiyi Ədalət Yürüşü barədə danışarkən deyib.
Sabiq baş qərargah rəisi iki məqamı qeyd edib: “Əvvəla, bu yürüşün keçirilməsi demokratiya və konstitusiyanın verdiyi hüquqdan istifadə edilməsi deməkdir. Buna hörmətlə yanaşılmalıdır. Bəziləri tərəfindən bu yürüşün tənqid edilməsi də təbiidir. Ən azından tənqid etdiyiniz qədər bu yürüşün hansı məqsədlə edildiyini də anlamağa çalışın. Bu yürüşə qatılanların mühakimə edilməsi, sorğulanması nə qədər səhvdirsə, qatılmayanların da mühakimə edilməsi bir o qədər səhvdir”.