Almaniyada Türkiyə əleyhinə aktiv şəkildə təbliğat aparmaqda davam edir.
Teleqraf.com-un məlumatına görə, bunu “TRT”yə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Almaniya Türkiyəyə qarşı düşmən münasibətini dəyişməsə, gələcəkdə əlaqələr daha da pisləşə bilər.
"Türkiyə Almaniya ilə düşmənçilik etmir və münasibətləri pozmağa heç bir səbəb görmür. Münasibətlərdə problem varsa, danışıqlar masası arxasına əyləşib bunu müzakirə etmək lazımdır”, deyə Çavuşoğlu bildirib.