Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl Səud Moskvaya səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ər-Riyaddan olan diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, səfər oktyabrda baş tutacaq.
Səfər çərçivəsində kral Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Görüş zamanı liderlər Qətər böhranını və İranın bölgədəki fəaliyyətini müzakirə edəcəklər.