Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb.
Prezident Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb.
Xatırladaq ki, V. Doroxinin səlahiyyət müddəti başa çatıb. O, 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu./APA/