29 Noyabr 2017 12:42
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyi Rusiyanın qarşısını almaq üçün birgə addımlar atacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Reks Tillerson deyib.

Dövlət katibi bildirib ki, Rusiya Ukraynanın suverenliyini pozub:

“Rusiya Ukraynanın suverenliyinin bərpası üçün addımlar atmalı, Minsk öhdəliklərini yerinə yetirməlidir. Yalnız Ukrayna böhranının həllindən sonra Rusiya-Amerika əlaqələrinin yaxşılaşmasından danışmaq olar”.

Tillerson ötən həftə Soçidə baş tutan Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya toplantısına da münasibət bildirib:

“Türkiyə NATO-nun və ABŞ-ın önəmli tərəfdaşlarından biridir. Buna görə də Türkiyədən NATO-nun birgə müdafiə məsələlərinə qoşulmasını istəyirik. İran və Rusiyanın Qərbdə əldə edə biləcəyi iqtisadi və siyasi uğurdan Türkiyə faydalana bilməyəcək. Türkiyə bu ittifaqdan çəkinməlidir”.


Müəllif: Samir

Oxşar xəbərlər