12 Dekabr 2017 00:23
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın maliyyə naziri Anton Siluanov Türkiyəyə hərbi məqsədlər üçün kredit veriləcəyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nazir hərbi texniki əməkdaşlıq sahəsində müvafiq müqavilə imzalandıqdan sonra Türkiyəyə kredit verəcəyini bildirib.

“Rusiya Prezidenti Vladimir Putin hər şeyi söylədi, şərtlər təsdiq edildi, sənədlər imzalanacaq və razılaşmadan bir müddət sonra kreditlər veriləcək”, - deyə Siluanov qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuata açıqlamasında bu həftə Türkiyənin Rusiyadan alacağı S-400 raketləri ilə bağlı son danışıqların aparılacağını və nəticənin əldə olunacağını vurğulayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər