14 Dekabr 2017 18:45
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Surix anlaşmasının rəsmi Ankara tərəfindən pozulmasına dair açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə XİN anlaşmanın pozulmasının əsas səbəbkarının Ermənistan tərəfi olduğunu bəyan edib.

Nalbəndyan 13 dekabrda Yunanıstanın paytaxtı Afinada etdiyi çıxışında Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə Surixdə imzalanan protokolların icrasındakı yubanmaya Türkiyə tərəfinin səbəb olduğunu bildirib.

Türkiyə XİN bəyan edir ki, Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu ildə protokolların icrasına mane və ruhuna zidd olan ön şərtlər və qərarlar qəbul edib. Ardınca Ermənistan prezidenti Serj Sərkisyan 22 aprel 2010-cu ildə protokolların qüvvədən düşdüyünü bəyan edib. Ermənistan diasporu isə ilk gündən anlaşmaya qarşı çıxıb və protokolların ləğvi üçün Ermənistan rəhbərliyinə təzyiq göstərib. 19 sentyabr 2017-ci ildə Sərkisyan BMT-dəki çıxışında protokolların icrasının gecikməsinə səbəb kimi Türkiyəni qınayaraq, irəliləyiş olmadığı üçün protokolların qüvvədən düşmüş hesab edəcəklərini və 2018-ci ilin yazından etibarən protokolların etibarsız sayılacağını bildirib. Ermənistanın bu mövqeyinə baxmayaraqTürkiyə protokollara sadiq qaldığını bəyan edir. Protokollar hələ də Türkiyə parlamentində Xarici siyasət komissiyasının gündəmindədir. Onun təsdiqlənməsi üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülhün təmin edilməsi gərəkdir".

Protokolların icrası Yuxarı Qarabağ münaqişəsinin həlli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi halında mümkün ola bilər. Nalbəndyanın çıxışında işlətdiyi soyqırımı iddiaları isə həqiqəti əks etdirmir. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təsdiq olunduğu kimi 1915-ci il olayları ifadə azadlığı müstəvisində müzakirə mövzusudur. Pis niyyətli qüvvələrin tarixi olaylarla bağlı təktərəfli fikir yürüdərək təzyiq etmə cəhdləri hüquqa və əxlaqa ziddir. Bu bölgədə sülhə töhfə vermir. Ermənistandan gözləntimiz tarixi mövzuları buraxıb ən yaxın tarixin insanlıq cinayətlərindən olan Xocalı Qətliamına görə cavab verməsidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər