Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyədəki diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb bir müddət öncə BƏƏ xarici işlər naziri Abdullah Bin Zayedin Türkiyə əleyhinə tvitterdə paylaşım etməsi olub.
Xatırladaq ki, bir neçə gün öncə Şeyx Abdullah bin Zayed tvitterdə Türkiyəni 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan status paylaşıb.
Ərəb nazirin tvitində Mədinə şəhərinin müdafiəçisi Fahri Paşanın müharibə zamanı cinayətə əl atdığı, ərəblərdən pul və qiymətli əşyalar oğurladığı qeyd olunub. Paylaşımın sonunda isə "bunlar Ərdoğanın babaları və onların ərəblərlə davranışı" ifadəsi qeyd olunub.