Azərbaycanda gələn il prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşıdan gələn prezident seçkilərinin keçiriləcəyi 2018-ci ildə Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansısa təhdidlərin ola biləcəyinin mümkünlüyünə münasibət bildirərkən deyib.
Z.Əsgərov bildirib: "Hazırda bütün dünya təhdid icərisindədir. Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq".