10 Yanvar 2018 14:24
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat lideri İsa Qəmbər 1990-cı il 6-7 yanvar tarixli AXC 3-cü konfransı barədə xatirələrini paylaşıb. Maraqlı və risqli gedişdir.

Mübarizə prioritetlərimizdə köklü fərqlər olsa da, siyasi "ölçülərini" etiraf etməmək insafsızlıq olar. Onun müraciət etdiyi mövzuya, yəni 20 yanvar 1990-cı il hadisələrindən əvvəlki siyasi vəziyyətə nə vaxtsa geniş şəkildə münasibətimi bildirəcəyəm. Qarşıdan gələn seçkidə İsa Qəmbərlə üz-üzə gəlmək zorunda qalsaq, sözsüz ki, onun siyasi karyerasının ən zədəli dövrlərindən biri olan həmin hadisələrə qiymət verəcəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədri əlavə edib ki, bir neçə məqama toxunmaq niyyətindədir:

“Seçki ilində İsa Qəmbəri belə həssas mövzulara müraciətə sövq edən nədir? Müxalifətin ayrılma nöqtələrini ictimai müzakirəyə təklif etmək nəyə və kimə lazımdır? Uzun susqunluqdan sonra belə aşkarlıq seçki ilində lazım idimi? Təbii ki, bu sualları yalnız Qəmbər düzgün cavablandıra bilər.
Mən adı keçən konfransın rəsmi nümayəndəsi, haqqında söz açılan atmosferin canlı şahidiyəm. İsa Qəmbər xatirələrində bir sıra məsələləri ustalıqla ya təhrif edir, ya da məharətlə üstündən keçir. Danışdıqlarında bir sıra həqiqətlər də mövcuddur, sözsüz. Həmin tarixi konfrans Azərbaycanda müstəqillik hərəkatının öyrənilməmiş səhifəsidir. AXC 3-cü konfransı Xalq hərəkatının rəhbərliyində təmsil olunanlardan "Hwo is hwo?" sualına aydınlıq gətirən əvəzsiz bir prosesdir. Bu prosesə fərdlər deyil, cəmiyyət qiymət verməlidir. Bizim, maraqlı tərəflərin yanaşmaları subyektiv olacaq”.

Daha sonra Əli Əliyev maraqlı təklif irəli sürüb:

“Mənim təklifim var. Həmin tarixi konfransın video materialları yəqin ki, kimlərdəsə var. Birinin hörmətli Pənah Hüseyndə olduğunu dəqiq bilirəm. Dediyinə görə 12 kassetdir. Ola bilsin ki, başqalarında da var. Xahiş edirəm, o proses haqda cəmiyyətin, xüsusən yetişən gəncliyin dolğun biliklərə malik olması üçün video materialları yayın. Əslində, oradakı prosedur məsələlər və cari işlər kənara qoyulsa, üst-üstə 5-6 saatlıq material maraq doğurar. İdarə Heyəti üzvləri və AXC sədri Əbülfəz Elçibəyin çıxışları paylansa, kifayət edər. Həmin hadisələrin subyektivlik çətirindən çıxarılması üçün ən qısa yol məhz budur. Bu materiallar da KQB arxivləri deyil ki, gizlədirsiniz. Həmin arxivləri gizlədəndə deyirdiniz ki, cəmiyyət bir-birinə dəyər. İndi nə deyəcəksiniz?
Bir kəlmə də hörmətli İsa Qəmbərin açıqlamaları barədə demək istəyirəm. İsa Qəmbər mənim düşərgə yoldaşım olmaqla yanaşı, həm də potensial rəqibimdir. Xatirələrə dalması məni məyus etdi. Görünür, yaşlanıb. Sentimental hisslərin baş qaldırması, keçmişə istinad orqanizmin fizioloji durumunu əks etdirir. Tibbi bir az bilən birisi kimi deyirəm ki, bu dövrə siyasətçilərin memuar çağı deyilsə də, elmdə buna bioloji qocalıq deyirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər