14 Aprel 2018 20:55
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyasının üzvləri bu gün Nəriman Nərimanovun anadan olmasının 148-ci ildönümü münasibətilə onun Bakıdakı abidəsini ziyarət ediblər.

AKP-dən Teleqraf.com-a verilən xəbərə görə, KPİ-Sov. İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov tədbirdə N.Nərimanovun inqilabı fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən bəhs edib. O, çıxışında beynəlxalq aləmdə baş verən hadisələrə və o cümlədən Azərbaycan keçirilən növbədənkənar prezident seçkilərinə də diqqət ayırıb.

AKP MK sədri prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan KPİ-Sov. İKP Siyasi Şurası sədrinin birinci müavini, RF Dövlət Dumasının deputatı K.Taysayevin aprelin 10-da partiya fəalları ilə AKP MK-da keçirilən görüşü barədə də mitinq iştirakçılarına məlumat verib.

Tədbirdə Azərbaycan KP MK üzvləri, AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçu gənclər, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları iştirak edib.

Mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoyublar.

Nəriman Nərimanovun 148-ci ildönümü ilə əlaqədar tədbirlər AKP-nin Respublikada fəaliyyət göstərən digər rayon-şəhər təşkilatlarında da qeyd edilib.


Müəllif: Nahid