10 İyun 2018 13:58
2 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb mətbuatı və sosial şəbəkə istifadəçiləri “G-7” sammiti zamanı çəkilən bir fotonu müzakirə etməkdədirlər.

Teleqraf.com xəbər verir ki, bir çoxlarının fikrincə, bu foto iştirakçı ölkələr arasındakı münasibətlərin ideal illüstrasiyasıdır.

Söhbət Almaniyanın federal kansleri Angela Merkelin stulda oturan ABŞ Prezidenti Donald Trampa ciddi şəkildə baxdığı fotodan gedir. Merkelin yanındakılar Avropa dövlətlərinin liderləri, Trampın yanındakı isə onun müşaviri Con Boltondur. Yaponiyanın baş naziri Sindzo Abe əllərini çarpazlayaraq onların arasında dayanıb.

Foto AFR hökumətinin rəsmi fotoqrafı tərəfindən çəkilib və A.Merkelin “İnstaqram” səhifəsində “İki işçi sessiya arasında spontan görüş” başlığı ilə paylaşılıb.

“Əgər bir foto ilə min söz demək mümkündürsə, Angela Merkel bu foto ilə onu dedi”, deyə foto ilə bağlı “USA Today” yazır.


Müəllif: Səxavət