Ermənistanın baş naziri Nikol Paşinyanın gözlənilmədən bir günlüyə Qarabağa səfərini Xocavənd rayonunun Çartar şəhərində yeni kilsənin açılışı ilə əlaqələndirsələr də əslində əsas məqsəd təmas xəttində yerləşən hərbi mövqelərə baxmaq idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri ermənişünas İsmayıl Tanrıverdi deyib.
Onun sözlərinə görə, erməni mətbuatında yayımlanan şəkillərdə Paşinyanın Azərbaycan hərbi mövqelərinə tərəf boylandığı aydın görünür: “Təmas xəttindəki günəş batareyaları daha çox diqqətimi çəkdi”.