13 Dekabr 2018 21:14
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək, Afrika ölkələrindən də “kimə gəldi” yardım etməyəcək.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton məlumat verib.

“ABŞ artıq bütün qitə boyu öncüllük gözlənilmədən, kimə gəldi yardım etməyəcək. Eyni zamanda bundan sonra BMT-nin səmərəsiz, uğursuz, nəzarətsiz sülhməramlı missiyalarına da dəstək verməyəcəyik”, - deyə diplomat Afrika qitəsinə dair yeni strategiyalarını təqdim edərkən vurğulayıb.

/Report.az/


Müəllif: Teleqraf.com